AAEAAQAAAAAAAAKFAAAAJDgxY2NkZTA2LTcxNDEtNDgxZC1iZTczLWJmOTk3MmVlNTYzMQ

Amerikalılar Rusiyadan yox, İŞİD-dən qorxur

“CNN” telekanalının və “ORC” təhqiqat xidmətinin birgə sosioloji sorğusunun nəticələri göstərib ki, ABŞ-ın əksər əhalisi Rusiyanın ölkə üçün təhlükəli olduğunu hesab edir.

Bu barədə “a24.az” RİA Novosti-yə istinadən xəbər verir.

Sorğuya əsasən, 21 % əhali Rusiyanı ABŞ üçün “çox ciddi təhlükəli” qəbul edir, 40 % təhlükəni “orta ciddi” şəkildə görür, 22 % isə “cüzi” sayır. Amerika vətəndaşlarının yalnız 15 %-i Rusiyada heç bir təhlükə görmür.

Amerikalılar ən çox (73 %) təhlükəni “İslam dövləti” qruplaşmasında görür. Bu terror təşkilatını amerikalılar “ən yüksək təhlükə” mənbəyi kimi qəbul edirlər.

Sorğu 28 aprel – 1 may tarixində telefon vasitəsi ilə keçirilib.

Daha əvvəl ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan edib ki, ölkə təhlükəsizləyinə əsas qlobal strateji təhdidlər siyahısında Rusiya birinci yerdədir. Siyahıda Rusiyadan sonra Çin, Şimali Koreya, İran və terrorçuluq durur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR