Ana körpəsini bir məktubla küçəyə atdı – Vərəqdə yazılanlar ürəkləri sızlatdı - FOTO

Ana körpəsini bir məktubla küçəyə atdı – Vərəqdə yazılanlar ürəkləri sızlatdı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

İranın Təbriz şəhərində 2,5 aylıq körpə üzərində anası tərəfindən yazılan bir məktubla ağacın altından tapılıb.

“A24.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, körpənin beşiyində tapılan məktubda isə İran cəmiyyətinin acı həqiqətləri olan yoxsulluqdan bəhs edən hekayə yer alıb. Körpə Zəhranın anası olduğunu söyləyən iranlı qadın məktubda bunları yazıb:

“Bu uşağı tapan şəxsdən onu Təbrizin Behzisti (uşaq evinə) qurumuna təslim etməsini xahiş edirəm. Həyat yoldaşım vəfat etdi, mənimsə maddi gücüm yoxdur. Körpəmi əvvəlcə Allaha, sonra sizə əmanət edirəm. Bu uşaq 3 aylıqdır və adı Zəhradır, şəhadətnaməsini ala bilməmişəm. Özüm isə küçələrdə avara gəzirəm və heç kimim yoxdur”.

Qısa müddət ərzində sosial mediada paylaşım rekordları qıran bu hadisədən sonra 2,5 aylıq körpənin uşaq evinə verildiyi, vəziyyətinin yaxşı olduğu bildirilib.

Xəbərdə qeyd edilib ki, İranda ara-sıra mediaya yansıyan buna bənzər hadisələr ciddi narahatlıqlara yol açır. Dövlətin açıqladığı rəsmi rəqəmlərə görə, müxtəlif səbəblərdən dolayı ildə min uşaq küçəyə atılır. Maddi çətinliklər və cəmiyyədə yaşanan sıxıntılar, 10 faiz iranlı qadınların narkotik alüdəçiliyi olması uşaqların küçələrə atılmasına səbəb olur.

Son illər əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Cənubi Azərbaycanın mərkəzi Təbrizdə sosial sıxıntılar daha da artıb.

A24.az / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Son Dəqiqə, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar