A24 Xeber

“A24.Az” “İllərin o tayı” layihəsini davam etdirir. Layihənin növbəti qonağı Ələkbər Əliyevdir.

Aktyor gənclik illərində hansı çətinliklərlə üz- üzə qaldığından danışıb:

  • Gəlib görmüşəm ki, əmrlə bu rol sənə verilib. Hiss edirsən ki, bu sənin rolun deyil, istəyirsən ki, deyəsən bəlkə keçim başqa rola,deyirlər ki, yox, olmaz”.
  • İllərin o tayına qayıtmaq imkanınız olsaydı, hansı illərə qayıdardınız?
  • Mən 80 yaşlı qoca görmüşəm ki, ana deyəndə gözündən yaş axıb. Anam dünyasını tez dəyişib. Bundan sonrakı illərimi də qurban verərdim ki, yenə analı-atalı dünyama qayıdım. Nadinclik edəndə, qoy, bizi döysünlər, amma bilimki, atam, anam yanımdadır.
  • İlk sevginizi xatırlayırsız?
  • İlk sevgim müəlliməmə olub. İndi dünyasını dəyişib. Ailə qurduğum xanım isə qohumdur və ailəmin məsləhəti ilə ailə qurmuşam, peşman da deyiləm.
  • Uşaqlıq və gənclik illərinizdəki arzularınızı həyata keçirə bildiniz?
  • Mən o vaxtlar həkim olmaq istəyirdim, amma bu sənət məni elə sehrlədi ki, başqa sənəti ağlıma gətirmədim.
  • İllərin bu tayından o tayına nə deyərdiz?
  • Mən balaca Ələkbərə demək istəyirəm ki, indi bilmirəm sənin nə arzuların var, amma artıq mən bu yolu keçmişəm, sənin üçün bir cığır açmışam. Vaxt gələcək sən də o yolları keçib gəlib əməkdar artist olacaqsan, xalqın sevimlisi olacaqsan…

Brilyant Rəsulova

Fərid Orucov

“A24.az” Ələkbər Əliyevlə olan müsahibənin videogörüntüsünü təqdim edir:

“A24.Az” “İllərin o tayı” layihəsini davam etdirir. Layihənin növbəti qonağı Ələkbər Əliyevdir. Aktyor gənclik illərində hansı çətinliklərlə üz- üzə qaldığından danışıb: Gəlib görmüşəm ki, əmrlə bu rol sənə verilib. Hiss edirsən ki, bu sənin rolun deyil, istəyirsən ki, deyəsən bəlkə keçim başqa rola,deyirlər ki, yox, olmaz”. İllərin o tayına qayıtmaq imkanınız olsaydı, hansı illərə qayıdardınız? Mən 80 […]

“Analı-atalı dünyama qayıtmaq üçün sonrakı illərimi qurban verərdim” – MÜSAHİBƏ – VİDEO

649