Anar Nağılbaz xəstəxanaya yerləşdirildi

Anar Nağılbaz xəstəxanaya yerləşdirildi
Want create site? Find Free WordPress Themes and plugins.

Reper Anar Nağılbazın səhhəti pisləşib.

A24.Az-ın məlumatına görə, bu barədə Lent.az-a reperin yaxınları xəbər verib. Bildirilib ki, A.Nağılbazın bir neçə gündür ki, özünü yaxşı hiss etmir: “Artıq bu gündən xəstəxanadadır. Özünü yaxşı hiss etmir. Həkimlərin nəzarətindədir. Hətta bu gün verilişlərin birinin çəkilişlərinə qatılmalı idi, amma səhhəti buna imkan vermir”.

Xatırladaq ki, A.Nağılbaz aprelin 17-də “APA TV”-də Yalçın Uğurun təqdimatında “Show time” verilişində qonaq olmalı idi. Lakin reper səhhəti ilə bağlı verilişə çıxa bilməyəcəyini mesaj vasitəsi ilə bildirib: “Mən xəstəxanaya yerləşdirilmişəm, üzrlü sayın”.

Qeyd edək ki, bir müddət öncə reperin anası Şərqiyyə Cəlilova mətbuata açıqlamasında oğlunun səhhətinin yaxşı olmadığını şəkər xəstəliyindən əziyyət çəkdiyini, təzyiqi ilə bağlı probleminin olduğunu demişdi.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar