Anası azərbaycanlı olan aktrisa Əminə Ərdoğandan üzr istədi - FOTO

Anası azərbaycanlı olan aktrisa Əminə Ərdoğandan üzr istədi – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyəli aktrisa Selin Şekerci 2016-cı ildə Ərdoğanın xanımı Əminə Ərdoğan haqqında söylədiyi sözlərə görə üzürxahlıq edib.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Şekerci tvitterdəki sosial media hesabında paylaşdığı yazıda “Bir neçə il bundan əvvəl etdiyim paylaşım ilə bağlı Hörmətli Əminə Ərdoğan xanıma özümü ifadə etmə şansı gördüm və ondan üzr istədim. Üzürxahlığımı qəbul etdiyi və məni anlayışla qarşıladığı üçün yenə bu məcradan ona təşəkkürümü və hörmətimi çatdırmaq istəyirəm” kimi ifadələr işlədib.

Qeyd edək ki, “Kaçak Gelinlər” serialında sevilən aktrisalardan biri olan Selin Şekerci oynadığı rol ilə İzmir Dövlət Teatrında tamaşaya qoyulan səhnələrdə oynamağa başlayıb.

1988-ci ilin 1 iyun tarixində dünyaya gələn Selin Şekercinin atası ərəb, anası isə azərbaycanlıdır.

Firuzə Alimova / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar