"Android" telefon istifadəçiləri - Diqqətli olun! - VİDEO

“Android” telefon istifadəçiləri – Diqqətli olun! – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Müxtəlif tətbiqlər vasitəsilə telefona yüklənir, telefondakı şəkil, video və digər şəxsi məlumataları bloklayır. Üstəlik, tələb edilən məbləğ ödənilməyəcəyi təqdirdə bu məlumatların digər şəxslərə göndərilməsi ilə hədələyir.

A24.Az bildirir ki, son günlər “LeakerLocker” adı verilən virus bütün dünyada geniş şəkildə yayılıb. Bu virusun Azərbaycanda yayılma riski də çox böyükdür. Bunun üçün də ekspertlər android telefon işlədənləri diqqətli olmağa çağırırlar.

İnformasiya texnalogiyaları üzrə mütəxəssis Rövşən Əkbərov bildirir ki, “pley stor”dan tətbiq yükləyən hər bir istifadəçi bunun uzun müddət əvvəl “play stor”a yüklənməsinə diqqət etməli və istifadəsi geniş yayılan proqramlara üstünlük verməlidir.

Əgər yüklənən tətbiq telefondakı şəkil, kontaklar və digər məlumatlara girmək üçün icazə istəyirsə, bundan da imtina etmək lazımdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən edilən xəbərdarlığa əsasən bu cür hallarla qarşılaşanlar mərkəzin 16-54 “qaynar xətt”inə zəng edə və ya ”team@cert.az ” elektron ünvanına müraciət edə bilərlər. /xezerxeber.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar