Anri baş məşqçi təyin olundu

Anri baş məşqçi təyin olundu
Want create site? Find Free WordPress Themes and plugins.

Futbol üzrə Fransa yığmasının sabiq futbolçusu Tyerri Anri “Monako”nun baş məşqçisi təyin olunub.

A24.Az  klubun rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə 2021-ci ilin iyun ayınadək müqavilə bağlanılıb. O, bu postda Leonardu Jardimi əvəzləyib.

Qeyd edək ki, Anri peşəkar futbolçu karyerasına da “Monako”da başlayıb. O, daha sonra İtaliyanın “Yuventus”, İngiltərənin “Arsenal”, İspaniyanın “Barselona” və ABŞ-ın “Nyu-York Red Bullz” komandalarının formasını geyinib. 2015-ci ildə “Arsenal”da məşqçiliyə başlayan sabiq forvard Belçika millisində baş məşqçi Roberto Martinezin köməkçisi vəzifəsində çalışırdı.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar