Antalyada istirahət neçəyədir? – QİYMƏTLƏR

Antalyada istirahət neçəyədir? – QİYMƏTLƏR
Want create site? Find Free WordPress Themes and plugins.

Hər il olduğu kimi bu il də yay mövsümündə azərbaycanlıların ən çox üz tutduğu istiqamətlərdən biri Antalyadır.
Qeyd edək ki, Antalya nəinki azərbaycanlı turistlərin, həmçinin rusiya və digər MDB ölkə vətəndaşlarının sevimli yerlərindən biridir. Ölkə əhalisinin Antalyaya böyük marağını nəzarə alan

A24.Az fins.az-a istinadən bu istiqamətdə turpaketlərin qiymətlərini təqdim edir.
Ölkəmizdə fəaliyyət göstərən əksər turizm şirkətləri Antalyaya tur təşkil edir. Qiymətlər isə demək olar ki, eynidir. Antalyada hotellər müştərilərinə all inclusive xidmətini təqdim edirlər.
Belə ki, Avqustun 1-7-ə nəzərdə tutulan Antalya turlarının qiymətləri isə şirkətlərdə belədir:
Turda.Az – 758 dollar
Yes travel – 747 dollar
Turizm.Az – 784 dollar
Master travel – 774 dollar
ZD travel – 748 dollar
GO travel – 787 dollar
Qeyd edək ki, turun qiymətinə gediş-dönüş aviabiletləri, sığorta, transfer, 2 nəfərin 6 gecə 7 gün 3 ulduzlu hoteldə qonaqlaması və gün ərzində 3 dəfə qidalanması daxildir. Məlumat üçün bildirək ki, turpaketin qiymətini 10-15 dollar aşağı da əldə etmək olar. Amma bu zaman aviabilet gecəyə alınır. Yəni turist Antalyaya gecə saatlarında çatmalı olacaq.
Həmçinin, yuxarıda göstərilən qiymətlər minimal göstəricidir. Turistin seçimindən asılı olaraq daha dəbdəbəli hotellər seçmək olar ki, bu zaman qiymət bir qədər bahalaşacaq. Misal üçün, Antalyada 4 ulduzlu hoteldə 6 gecə 7 gün qonaqlamaq 800-850 dollardır. 5 ulduzlu hoteldə isə bu məbləğ bir qədər də çoxdur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar