apple

“Apple”nin kosmik gəmisi yekunlaşmaq üzrədir

Bir “Youtube” istifadəçisi olan Matthev Roberts “Apple” şirkətinin yeni binasının inşasını göstərən videolarla tanınıb.

A24.az xəbər verir ki, binanın lap əvvəldən indiyə kimi necə dəyişildiyini göstərən Roberts öz kanalında yeni bir video görüntü paylaşıb.

“iSpaceShip ” adlandırılan binanın landşaf işləri 2017-ci ilin yay aylarına kimi uzanıb ancaq şirkətin işçilərini gələn il içərisində binada işləməyə başlayacağı gözlənilir. Videoda görünür ki, günəş panellərinin böyük qismi  dairəvi formalı binanın tavanına yerləşdirilib. İşçilərin şəhərcikdə gəzmək üçün istifadə edəcəkləri gediş-gəliş yolunun izlərinə də videoda rast gəlmək mümkündür.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR