Aprel döyüşlərində Azərbaycan torpaqlarını əllərindən verən ermənilər iclas keçirib YENİ PLAN QURUR

Aprel döyüşlərində Azərbaycan torpaqlarını əllərindən verən ermənilər iclas keçirib YENİ PLAN QURUR
Want create site? Find Free WordPress Themes and plugins.

Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Sahakyan cəbhənin şərq istiqamətində yerləşən hərbi hissələrə gedib.

“A24.Az” erməni mətbuatına istinadən xəbər verir ki, Bako Sahakyan cəbhədəki vəziyyətlə tanış olub və bu istiqamətdə yerləşən hərbi hissələrin komandirləri ilə iclas keçirib. İclasda qondarma DQR-in müdafiə naziri Levon Mnatsakanyan da iştirak edib.

“Talış kəndinin sosial-iqtisadi vəziyyətinin inkişaf etdirilməsi “Qarabağ”dakı rejimin ən başlıca hərbi-siyasi öncəliyidir”.

Bu sözləri qondarma DQR-in prezidentk Bako Sahakyan bu gün günorta Talış kəndinə səfər etdiyi zaman deyib. Məsələ ilə bağlı “A24.Az”a açıqlama verən hərbi siyasi icmalçı Nəriman Qarayev bildirib ki, Talışda hazırda mülki əhali yaşamır: “Keçən il aprel döyüşlərindən sakinlər kənddən köçüblər. Ermənistan Talışa əhalinin qaytarılmadığı üçün bütün mümkün tədbirləri görsə də, kənd camaatı anlayır ki, işğal davam etdiyi müddətdə təhlükəsizlik məsələsi təmin edilməyəcək. Qoşunların təmas xəttindəki erməni hərbiçiləri əraziləri işğaldan azad edəcək Azərbaycan Ordusunun qarşısında acizliyini bütün parametrləri ilə anlayırlar” – deyə N.Qarayev əlavə edib.

Orxan Aslanlı

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Siyasət, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar