Aqşin Fatehi meyxana aləmindən uzaqlaşdıran səbəb bu imiş

Aqşin Fatehi meyxana aləmindən uzaqlaşdıran səbəb bu imiş
Want create site? Find Free WordPress Themes and plugins.

Tanınmış meyxanaçı Aqşin Fateh uzun fasilədən sonra yenidən sənət aləmində görünüb.

A24.az xəbər verir ki, Meyxana ilə vidalaşan sənətçi Yenicag.az-a açıqlamasında bizneslə məşğul olduğunu deyib:

“10 il idi ki, sənət aləmindən uzaq idim. Bu müddət ərzində Həcc ziyarətində oldum və qərara gəldim ki, meyxana ilə vidalaşım. Artıq bizneslə məşğulam, oradan gələn qazancı kinoya yatırtmaq niyyətindəyəm. Bununla bağlı artıq ilk addımı atmışam. “Barama” adlı serialın layihə rəhbəriyəm. Özüm də aktyor kimi həmin serialda rol almışam”.

Aqşin Fateh hansı bizneslə məşğul olduğunu açıqlamasa da, gəlirindən narazı olmadığını dedi.

Belə başa düşdük ki, keçmiş meyxanaçı kino industriyasına sərmayə qoymaqla gəlirini daha da artırmaq niyyətindədir. O, eyni zamanda özünü aktyor kimi də sınayacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar