“Araz” marketin satıcısı iş yoldaşlarını bıçaqladı, biri öldü - FOTO - VİDEO

“Araz” marketin satıcısı iş yoldaşlarını bıçaqladı, biri öldü – FOTO – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Daxili İşlər Nazirliyi (DİN) Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

A24.Az-ın xəbərinə görə, məlumatda bildirilib ki, iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında orada satıcı işləyən Zabrat qəsəbə sakini Surxay Əliyev münaqişə zəminində iş yoldaşları, qəsəbə sakinləri Vüqar Hüseynzadəyə və Kənan Səlimova bıçaqla xəsarət yetirib.

Çoxsaylı xəsarət almış V.Hüseynzadə hadisə yerində ölüb, K.Səlimov isə xəsarətlə xəstəxanaya yerləşdirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əliyev Bakıxanov qəsəbəsinin ərazisində saxlanılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar