“ARB 24”niyə bağlanıb? — AÇIQLAMA

“ARB 24”niyə bağlanıb? — AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün ARB 24 telekanalının yayımın dayandırılması və kanalın icraçı direktorunun işdən azad olunması ilə bağlı mediada bəzi məlumatlar dərc olunub.

“A24.az” bildirir ki, məsələ ilə bağlı “ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli “Ölkə.Az”a açıqlama verib:

“Kanalın efir mərkəzinin və yayımının paytaxt Bakıya köçürülməsi ilə əlaqədar olaraq, yayım avadanlıqları üzərində texniki işlər aparılması zərurəti yarandığından, ARB 24 telekanalının Tovuz şəhərindəki yayımı müvəqqəti olaraq dayandırılıb. ARB 24 yaxın günlərdə Bakı şəhərində qurulan yeni yayım mərkəzindən efirə çıxacaqdır. Bu texniki yenilənmələrdən başqa kanalın yayımı və fəaliyyəti ilə bağlı heç bir problem yoxdur. Biz yenə də böyük tamaşaçı auditoriyamıza ən yüksək səviyyədə informasiya buraxılışlarını təqdim etməyə davam edəcəyik.

Kanalın icraçı direktoru Nadir Şəfiyevlə bağlı mətbuatda dərc olunan məulmatlarla bağlı isə onu bildirmək istəyirik ki, Nadir Şəfiyev öz xahişi ilə işdən çıxıb. Onun vəzifəsinin icrası isə ARB 24 kanalının baş redaktoru Radik İsmayılova həvalə olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Media
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar