Arda Turan Barselonada qalmağı necə bacardı?

Arda Turan Barselonada qalmağı necə bacardı?
Want create site? Find Free WordPress Themes and plugins.

Arda Turanın “Barselona”da qalmasının səbəbləri bəlli olub.

A24.Az  xəbər verir ki,  türk yarımmüdafiəçi bu yay ciddi təkliflər almadığı üçün “Barsa”nı tərk etməyib. Daha doğrusu, ciddi təkliflər əsasən Çin klublarından olduğundan nə “Barselona”, nə də futbolçu transferə razılıq verib.

O, həmçinin, yeni baş məşqçi Ernesto Valverdeyə komandanın əhəmiyyətli oyunçularından biri ola biləcəyini deyib. İspaniya mətbuatı yazır ki, yeni mövsümdə “Atletiko”dakı uğurlu oyununu sərgiləmək əzmindədir.

Qeyd edək ki, A.Turan “Barsa”nın ABŞ-dakı təlim-məşq toplanışı üçün heyətində yer alıb. Onun növbəti mövsüm də La Liqa klubunda qalacağı dəqiqləşib. Ardanın komandanın hazırlıq prosesində çox fəal olduğu bildirilir.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar