Arda Turan millidəki  karyerasını buna görə bitirib - İDDİA 

Arda Turan millidəki karyerasını buna görə bitirib- İDDİA
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə Futbol Federasiyasının idarə heyətinin sabiq üzvü Yaşar Aşçıoğlu Arda Turan haqda şok açıqlamalar verib.

A24.Az xəbər verir ki,  bu barədə “Fanatik”ə danışan  Aşçıoğlu TFF-nin prezidenti Yıldırım Dəmirörənin yaxın dostunun Türkiyə millisinin sabiq kapitanı Arda Turana yumruq vurduğunu deyib.

O, bu hadisənin Türkiyə millisinin 2015-ci ildə Qətərdəki təlim-məşq toplanışı zamanı baş verdiyini bildirib:

“Yıldırım Dəmirörənin Kərəm adında qonağı gəlmişdi. Oteldə Kərəm Bəy Arda arasında münaqişə baş verdi. Onlar yumruqlaşdı. Qətərdən geri qayıdanda hərəkətindən peşman olan həmin şəxs başqa təyyarəyə minmək istədi. Ancaq Dəmirörən dostunu yaxşı bir şey etmiş kimi milli komanda ilə birlikdə gətirdi. Arda məsələsinin ilk qığılcımı da orada oldu. Bilal Meşə söhbəti də bu məsələyə görə oldu”.

Xatırladaq ki, jurnalist  Bilal Meşə ilə yaşanan qalmaqaldan sonra Arda Turan milli karyerasını bitirdiyini açıqlayıb. (Qol.az)

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar