Arda Turan prokurorluqda ifadə verdi – “Tapançanı belimə qoyarkən atəş açıldı”

Arda Turan prokurorluqda ifadə verdi – “Tapançanı belimə qoyarkən atəş açıldı”
Want create site? Find Free WordPress Themes and plugins.

Məşhur müğənni Berkayın burnunu sındıran və həyat yoldaşına sataşan futbolçu Arda Turan polisə çağırılıb.

A24.az xəbər verir ki, o, prokurorluğun təlimatı ilə polisə 3 saat ifadə verib. Arda ifadəsində hadisənin təfərrüatlarını danışıb:

“Mən Burak Yılmazla danışarkən Berkay bir anda qolumu dartmağa başladı. Nə olduğunu anlamadım, o an vurdum. Daha sonra öyrəndim ki, həyat yoldaşına söz atmışam. Birincisi, mən həyat yoldaşını tanımıram. Tanımadığım bir adamın evli olduğunu da bilmirəm. Həmçinin həyat yoldaşı “Arda tualetə gedərkən mənə toxundu” deyib. Təhlükəsizlik kameralarından da müəyyən etmək olar ki, heç tualetə getməmişəm”.

Əlində tapança ilə xəstəxanaya gedən Arda hadisəni belə izah edib:

“Mən arxasınca xəstəxanaya getdim. Berkaya söylədim ki, xanımına heç nə deməmişəm. “Buna necə inanırsan?” sual verdim. Hətta, o da mənə “Kapitan, mən sənə inanıram” dedi. Belimdə olan tapança çıxarıb orada olan masaya qoydum, inanmırsansa, məni vur, dedim. Burnu sınıq olduğu üçün ona “Mən buradayam əgər təcavüz olduğunu düşünürsənsə, al silah burada, mən səndən şikayətçi də olmayacağam, nə edirsən, et” dedim. Sonra belimə tapançanı təkrar qoyarkən atəş açılıb”.

Burnu sınan Berkay isə “Ardayla halallaşıram, amma bir şərtim var” deyib:

“Mənə bir şey olmaz deyən Arda Turan gününü görəcək. Şərtim odur ki, ictimaiyyətdən üzr istəsin və sonra onunla təkbətək 20 dəqiqə bir otaqda qalaq. Ondan sonra hər şeyi silirəm. Bu məsələni belə qoymayacam. Araya girənlərin hamısına salamlarımı göndərirəm. Bəzilərinin mafiya hərəkətləriylə mənə bir şey olmaz havalarını da kimsəyə yedirtmərəm”.

Publika.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar