Arda Turan tanınmış müğənninin burnunu qırıb

Arda Turan tanınmış müğənninin burnunu qırıb
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə milli komandasının və “Başakşehir” klubunun futbolçusu Arda Turan tanınmış müğənni Berkay Şahinlə dava edib.

A24.Az türk mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi gecə klublarının birində müğənni ilə insident yaşayıb və onun burnunu qırıb.

Bu hadisədən sonra Berkay həyat yoldaşı ilə birlikdə xəstəxanaya üz tutub. Arda Turan isə gecə klubunu tərk etməyib.

Qeyd edək ki, Arda Turanın 10 matçlıq diskvalifikasiya müddəti başa çatıb. O, ötən mövsüm referiyə qarşı intizamsız hərəkət etdiyi və yan xətt hakimini ölümlə hədələdiyi üçün 16 oyunluq cəza almışdı. Ancaq sonradan onun cəzası 10 matça qədər azaldılmışdı.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar