Arı sancmasından baş verən ölüm hadisəsi ilə bağlı araşdırma başladıldı

Arı sancmasından baş verən ölüm hadisəsi ilə bağlı araşdırma başladıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda arı sancmasından baş verən ölüm hadisəsi ilə bağlı materiallar Sabunçu rayon Prokurorluğuna göndərilib.

“A24.az”ın “Report”a istinadən məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, hazırda məsələ ilə bağlı ekspertiza aparılır.

Xatırladaq ki, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü İmanlı Cavid Telman oğlunu arı sancıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Zərərçəkmişə sağ yuxarı ətrafın başlayan fleqmonası diaqnozu qoyulub. C.İmanlı xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Mərhumun bacısı iddia edir ki, qardaşı narkozun şokundan ayıla bilməyib və vəfat edib.

Qeyd edək ki, mərhumun dekabr ayının sonunda toyu olacaqmış.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Kriminal, Sağlamlıq
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar