Arıqlamaq istəyənlər üçün MƏCBURİ MƏHSUL

Arıqlamaq istəyənlər üçün MƏCBURİ MƏHSUL
Want create site? Find Free WordPress Themes and plugins.

Liverpul Universitetinin əməkdaşları tədqiqat apararaq, toyuq yumurtasının pəhriz saxlayan adamlar üçün şəksiz faydasını sübuta yetiriblər.

A24.Az xəbər verir ki, çəkisini azaltmaq istəyən adamlar gündə azı iki yumurta yeməlidirlər. Halbuki lap bu yaxınlarda həkimlər bildirmişdilər ki, yumurta xolesterinin səviyyəsini artırır. Buna görə də xüsusən pəhriz dövründə yumurta yemək tövsiyə olunmur.

Ancaq 450 ortayaşlı könüllünün iştirakı ilə sonuncu tədqiqat göstərib ki, üçaylıq aşağı kalorili pəhriz zamanı bütün iştirakçılar, orta hesabla, 4,5 kiloqram arıqlayıblar. Könüllüləri iki qrupa ayırıblar. Birinci qrup yumurta yeyib, ikinci qrupun rasionundan yumurta tamamilə çıxarılıb. Bu zaman qanda xolesterinin səviyyəsi təhlil edilib.

Ekspertlər yumurta yeyib-yeməməsindən asılı olmayaraq, bütün könüllülərin qanında xolesterinin səviyyəsinin azaldığını görəndə təəccübləniblər. Odur ki, yumurta gözəl qamət üçün mühüm sayılan zülal mənbəyi olduğuna görə, onu arıqlayan adamlar üçün məcburi məhsul saymaq olar. Yeri gəlmişkən, alimlər təkcə toyuq deyil, həm də bildirçin yumurtalarına diqqət etməyi tövsiyə edirlər. (Azərtac)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar