Nizami Kino Mərkəzinin rəsmisi: "Ailəvi baxılan filmlərə maraq böyükdür" – MÜSAHİBƏ, FOTOLAR

Nizami Kino Mərkəzinin rəsmisi: “Ailəvi baxılan filmlərə maraq böyükdür” – MÜSAHİBƏ, FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

2016-cı il sona çatdıqdan sonra bir çox sahələrin il ərzində inkişafını, problemlərini görmək üçün imkan yaranır. Azərbaycanda kino, incəsənət sahəsinə marağın səviyyəsini, tamaşaçıların üstünlük verdiyi filmlərin hansılar olduğunu öyrənmək üçün Nizami Kino Mərkəzinə üz tuturuq.
A24.Az -ın suallarını Nizami Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri  cavablayır.

Xoş gördük, Arzu xanım. Ötən ilin son ayları Nizami Kino Mərkəzində ardıcıl qala gecələri gördük. Ümumilikdə 2016-cı ili necə qiymətləndirirsiniz?

Təşəkkür edirəm. Azərbaycanda “Qala gecələri” sahəsində ilk imza Nizami Kino Mərkəzinə məxsusdur. Son illər bir çox xarici filmlərin, daha çox türk filmlərinin qala gecələri bizdə keçirilib. Bir çox türk ulduzlarını Azərbaycan tamaşaçısı ilə görüşdürmüşük belə gecələrdə. İki ildən artıq bir zamandır ki, yerli filmlərimizin də mərkəzimizdə qala gecələri keçirilir. Ötən il “Oğlan evi”, “Oğlan evi-2”, “NAXOX” və digər filmlərimizin qala gecələri, təqdimatları bizim kino mərkəzində keçirilib.
Son vaxtlar yerli filmlərimizə böyük maraq var. Bir neçə il öncə ən çox baxılan filmlər xarici filmlər idisə, indi artıq yerli filmlər bu siyahıda liderdir. Hətta deyim ki, son vaxtlar yerli filmlərin təqdimatı türk və xarici filmlərin təqdimatına nisbətdə daha təntənəli keçib, daha çox tamaşaçı qatılıb.
Yerli filmlərin demək olar ki, əksəriyyəti komediya janrındadır. Son zamanlar tamaşaçımız daha çox komediya janrına ehtiyyac duyur.
Amerika, Avropa istehsalı olan qorxu filmləri (“Horror” janrı. S.A) də izlənilənlər siyahısındadır.img_5987

Arzu xanım, əvəllər mərkəzin adı “Nizami Kinoteatrı” idi. Rebredinqdən sonra fəaliyyətinizdə nə dəyişdi? 

Bəli, biz bu gün “Nizami Kino Mərkəzi” adı ilə fəaliyyət göstəririk. Bizi digər kinoteatrlardan fərqləndirən cəhət odur ki, burada təkcə filmlər nümayiş olunmur. Biz bir sıra dövlət əhəmiyyətli mədəniyyət tədbirlərinə ev sahibliyi edirik. Dövlət hesabına çəkilən bədii, sənədli, xatirə filmlərinin təqdimatları bizdə keçirilir. Xatirə gecələri, bayram tədbirləri olur. İl ərzində bir sıra sosial aksiyalar həyata keçiririk. Uşaq evlərindən, qocalar evlərindən insanları dəvət edib onlar üçün filmlərimizi pulsuz nümayiş etdiririk. Eşitmə qüsuru olan şəxslər üçün filmlər, eyni kateqoriyadan olan uşaqlar üçün cizgi filmləri surdo tərcümə ilə ilk dəfə Nizami Kino Mərkəzində təqdim olundu.
Bizdə daha bir yenilik bir sıra yerli filmlərimizin pulsuz təqdim olunması ilə bağlıdır. Yaxınlarda biz bu layihəyə davam edəcəyik. Hansı ki, ekspertlər, kinostduiyanın əməkdaşları, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, jurnalistlərin iştirakı ilə biz bu filmlərin müzakirələrini keçiririk. Sonra o film 1-2 həftə ərzində gündə azından 1 seans olmaq şərti ilə pulsuz nümayiş olunur. img_5978

Yaxın vaxtlarda məşhurların iştirakı ilə çəkilən filmlərin qala gecələri gözlənilirmi? 

Mart ayına qədər daha iki yerli filmin qala gecəsi olacaq. Hansı ki, bu filmlərə artıq indidən maraq hiss olunur. “Planet Parni iz Baku” komandasının çəkdiyi “Ağanatiq” filmi var, yanvar ayının son günlərində həmin filmin Nizami Kino Mərkəzində qala gecəsi olacaq. Ardınca daha bir yerli film olan “3 badam, 1 qoz”un təqdimatı olacaq. Daha bir neçə türk filminin qala gecəsi gözlənilir, amma hələki dəqiqləşdirilmə aparıldığından onların vaxtı və adı ilə bağlı açıqlama verə bilməyəcəm. Bir neçə gün öncə də bildiyiniz kimi məşhur türk filmi olan “Dönərsə, sənindir” filminin qala gecəsi oldu.img_5984

Bilet qiymətləri ilə bağlı durum necədir, yaxın vaxtlarda qiymətlərdə dəyişiklik gözlənirmi?

Xeyr. Qiymət dəyişikliyi gözlənmir. Devalivasiyalardan da əvvəl mövcud qiymətlər qalmaqdadır. Saat 6-a qədər bütün seansların qiyməti 4 AZN, 3D filmlər 5 AZN-dir. Saat 6-dan sonra olan seanslar 7 AZN, 3D filmlər isə 8 AZN-dir. Uzun müddətdir qiymətlər stabildir, qiymət dəyişikliyi də gözlənmir.

Tamaşaçıların qiymətlə bağlı narazılıqlarını eşitməmisiniz?

Xeyr. Çünki, digər kinoteatrlarda gündüz seanslarında bəzən 5,6,7 manat qiymətlər görürük. Bizdə isə dediyim kimi qiymət stabil qalır.

Ötən 2016-cı ildə Nizami Kino Mərkəzində ən çox izlənilən filmlər hansılar oldu? İlk 3-lüyü deyə bilərsinizmi?

Ötən il ən çox izlənən film “Oğlan evi” oldu. İkinci yerdə türk filmi “Kardeşim benim”, üçüncü yerdə isə “Betmen Supermenə qarşı” filmi filmləri yer alıb.
Bilirsinizmi daha çox hansı filmlər izlənir? Ailəvi baxılası filmlər. Filmdə şiddət, şöyüş və başqa məqamlar yoxdursa, bu filmlərin izləmə sayına təsir edir.
Bəzən olur gənc cütlükllər deyir ki, biz utandıq, sona qədər baxa bilmədik. Niyə bizə demədiz ki, bu filmdə belə məqamlar var. Bu da bizim yaralı yerimizdir. Bütün filmlər afişalarında, kassanın qarşısındakı manitorlarda da filmlərin yaş kateqoriyası göstərilir. Kassaya yaxınlaşan, o həddə çatmayan uşaqlara biz bilet satmırıq. Amma hansısa uşaq kino mərkəzinə valideynləri ilə gəlirsə, biz artıq ona müdaxilə edə bilmirik.img_5981

Azərbaycan kinoteatrlarının hamısında ən böyük çatışmazlıq tərcümə, dublyaj, xarici filmlərin Azərbaycan dilində səsləndirilməsi ilə bağlıdır. Nizami Kino Mrəkəzində təqdim olunan xarici filmləri faiz bölgüsü ilə göstərsək, neçə faizi Azərbaycanca dublyajda, neçə faizi subtitrdə təqdim olunur?
Bu məsələdə də ilk bizim kino mərkəzində addım atılıb. Biz filmləri Azərbaycanca subtitrdə təqdim edirik. Düzdür, ilk olaraq bu işə türk filmləri başlanıb.
Arzu xanım, elə bu yöndə də narazılıqlar var. Bəzi tamaşaçılar düşünür ki, türk filmlərinin subtitrlə tərcümədə göstərilməsinə ehtiyac yoxdur.
Bəli. Amma biz bura gələn tamaşaçılarla ünsiyyətdə olduğumuza görə deyə bilərik ki, hamı türkcə başa düşmür. Tamaşaçıların əksəriyyəti Azərbaycanca alt yazını bəyənir. Bundan əlavə rusdilli tamaşaçılar da var ki, türk dilini demək olar ki, çox az anlayır. Belə tamaşaçılar üçün də subtitrlı filmlər əlverişlidir. Amma elə tamaşaçılar da var ki, onlar deyir ki, alt yazı bizə mane olur.
Bildiyiniz kimi Mədəniyyət və Turizm Nazirliyi bu yaxınlarda qərar verdi ki, nümayiş olunacaqlar xarici filmlər Azərbaycanca dublyaj və ya titr tərcümədə verilməlidir. Amma bu bir az çətin proses olduğuna görə, hələki qismən nailiyyətlərimiz var. Son 6 ayda kino mərkəzimizdə Amerika və Avropa filmləri də Azərbaycan dilində altyazı ilə təqdim olunur. Son vaxtlar hətta dublyaj olunmuş filmlər də təqdim edirik. İstəyirik ki, filmlərimiz dublyaj olsun, ən azından altyazıda olsun.
Hazırda kino mərkəzimizdə xarici filmlərimizin təxminən 90%-i altyazı ilə təqdim olunur. Digər 10 faizi isə dublyaj edilmiş filmlərdir.img_5986

Düzdür, kinoteatrlar daha çox kütləvi filmlərin nüamyişinə can atır, bu da başa düşüləndir. Çünki, bu filmlər daha çox gəlir gətirir. Amma bütün tamaşaçıların zövqünü düşünmək və ya kütləvi filmlərdən deyil, daha ağır filmlıərdən zövq alan tamaşaçıları da kinoteatra gətirmək baxımdan kino mərkəzinizdə avanqard, sənət filmlərinin nümayişi keçirilimi? Və ya belə planlarınız varmı?

Bizim üçün rəngarənglik, çoxşaxəlik önəmlidir. Amma bu həm də bizim rejissorlardan, kinostudiyalardan asıllıdır. Niyə də nümayiş etməyək!
Məsələn ötən il bizim psixoloji dram olan “İçərişəhər” filmimiz nümayiş edildi. Bir çox beynəlxalq festivallarda nümayiş olundu, mükafatlar qazandı. Ondan qabaq “Nabat” filmimiz nümayiş edildi. “Qırmızı bağ” filmi. Bu günkü tamaşaçılarımızın əksəriyyəti gənclərdir. Biz orta yaşlı insanları kinoteatrlara qaytarmaq üçün daha ciddi filmlər göstərməliyik. Bunun fərqindəyik.
Bizim British Councilla bir layihəmiz var, Şeksprin əsərlərinə İngilətərədə hazırlanmış tamaşalar film şəklində, yüksək keyfiyyətli çəkilişlə bizdə rus dilində altyazı ilə təqdim olunur. Çox da gözəl baxılır.img_5991

Arzu xanım, filminin Nizami Kino Mərkəzində nüamyiş olunmasını istəyən bir rejissor öncə hara müraciət etməlidir? Bu prosedurdan danışaq, zəhmət olmasa.
Əgər yerli rejissordursa, o Mədəniyyət və Turizm Nazirliyinə və ya “Azərbaycanfilm” kinostudiyasına müraciət etməlidir. Film orada təsdiq olunandan sonra artıq kino mərkəzimizdə nümayişə çıxarıla bilər.

Yeri filmlərin kino mərkəzində qazanılan gəlirləri iki tərəf arasında necə tənzimlənir?
Gəlirlər müqavilə şərti əsasında tənzimlənir. Bu sualın cavabı bizim başqa əməkdaşlarımıza daha çox aiddir. Ancaq məndə olan məlumata görə gəlirlər istehsalçı və kinoteatr arasında 50%-50% nisbətində bölgüyə razılaşdırılıb.

Söhbətləşdi: Sərdar Amin

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Müsahibə, Eksklüziv
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar