Aşıq Ədalətin vəziyyəti pisləşdi: “Ürəyimdə problem var”

Aşıq Ədalətin vəziyyəti pisləşdi: “Ürəyimdə problem var”
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən olan Aşıq Ədalətin vəziyyəti ağırlaşıb.

A24.az xəbər verir ki, səhhəti ilə bağlı Publika.az-a açıqlama verən Aşıq Ədalət bildirib ki, təcili şəkildə Türkiyəyə getməlidir:

“80 yaşım var. Boğazımda ciddi problemlər yaranıb. Danışmaqda çətinlik çəkirəm. Həkimlər əməliyyat olunacağımı demişdi. Azərbaycanın ən yaxşı həkimlərinin qəbulunda olmuşam. Ürəyimdə problem var, yaşım çoxdu, zəifləmişəm deyə, burda əməliyyatı heç kim öhtəsinə götürmədi. Türkiyəyə yenidən yoxlanmaq üçün gedəcəm. Bu gün gedəcəyim dəqiq deyil. Amma yaxın günlərdə mütləq getməliyəm. Türkiyədə yoxlanışdan keçəndən sonra əməliyyatın lazım olub-olmadığı dəqiqləşəcək. Hələ heç nə bilmirəm”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar