AŞPA-nın Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri birgə bəyanat yayıblar

AŞPA-nın Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri birgə bəyanat yayıblar
Want create site? Find Free WordPress Themes and plugins.

Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Füzuli rayonunun Alxanlı kəndində baş vermiş hadisədən narahatlıqlarını ifadə ediblər və 2 yaşlı uşaq da daxil olmaqla, dinc sakinlərin həyatını itirməsindən təəssüfləndiklərini bildiriblər.

A24.az-ın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan üzrə həmməruzəçilər Alan Meale və Cuzeppe Galati  və Azərbaycan üzrə həmməruzəçilər Stefan Şennak və Sezar Florin Predanın birgə bəyanatında deyilir. Onlar tərəfləri atəşkəs rejiminə əməl etməyə və ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar masasına qayıtmağa çağırıblar.

Həmməruzəçilər münaqişənin hərbi yolla həllinin olmadığını qeyd ediblər. Onlar münaqişənin bütün qurbanlarının ailələrinə başsağlığı veriblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar