AŞPA qətnamə layihəsi hazırladı

AŞPA qətnamə layihəsi hazırladı
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov Ermənistan əsgərləri tərəfindən girov götürülən və Dağlıq Qarabağdakı separatçı rejimin oyuncaq məhkəməsi tərəfindən azadlıqdan məhrum edilən Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin ədalətli mühakimə hüququnun təmin olunmasına dair qətnamə layihəsi hazırlayaraq AŞPA katibliyinə təqdim edib.

“A24.az” məlumat verir ki, deputat bildirib ki, AŞPA-nın prosedur qaydalarına əsasən qətnamə təklifi ən azı 5 üzv dövləti təmsil edən 20 deputat tərəfindən imzalandıqdan sonra gündəliyə daxil edilməlidir: “Təqdim etdiyim bu qətnamə layihəsinə isə Avropa Şurasına üzv olan 47 ölkədən 24  ölkəni təmsil edən deputatların imza atması haqq-ədalətin bu günahsız insanların tərəfində olduğunun göstəricisidir”.

E. Süleymanov deyib ki, Ermənistanın işğal etdiyi ərazilərdə formalaşdırdığı separatçı rejim heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayıb, qeyri-legitimdir, odur ki, onun formalaşdırdığı “məhkəmə” də qanunsuzdur: “Qeyri-legitim “birinci instansiya məhkəməsi” 19 dekabr 2014-cü ildə Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib. Odur ki, bu qərar qeyri-qanunidir. Məhz ona görə də qətnamə layihəsində vurğulanır ki, “iki hökm çıxarmış məhkəmə tanınmamış separatçı siyasi təsisat tərəfindən yaradıldığına görə, nə hər hansı dövlətin məhkəmə orqanı tərəfindən hüquqi şəkildə tanınır, nə də ümumi yurisdiksiya məhkəməsi proseslərinin əsaslandığı təməl prinsiplərə uyğun gəlir. Belə ki, bu “məhkəmə”də həmin tanınmamış separatçı siyasi təsisatın insan hüquqları yaxud hüququn aliliyinə zəmanət verən beynəlxalq müqavilələrə qoşulmasından irəli gələn nəzarət və əsas qaydalar mövcud deyil”.

E. Süleymanovun sözlərinə görə, tam aydındır ki, D. Əsgərov və Ş. Quliyev qanunsuz olaraq saxlanılıblar və onlar üzərində qurulan məhkəmə saxtadır: “Odur ki, bizim qətnamə layihəsinin əsas məqsədlərindən biri işğalçı Ermənistanın yaratdığı separatçı rejim tərəfindən qurulan saxta məhkəmə oyununu ifşa etmək və beynəlxalq aləmə çatdırmaqdan ibarətdir. Bu məqsədlə qətnamə layihəsində D. Əsgərovun və Ş. Quliyevin qanunsuz saxlanılması və məhkum edilməsinə görə məsuliyyət daşıyan bütün tərəflərdən bu  şəxslərin dərhal azadlığa buraxılmasına və hüquqlarının bərpasının təmin olunmasına çağırış edilir”.

(APA)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar