"Asqırmaq" deyib keçməyin - Sizi öldürə də bilər

“Asqırmaq” deyib keçməyin – Sizi öldürə də bilər
Want create site? Find Free WordPress Themes and plugins.

Günlük həyatımızda baş verən asqırmaq beyin qanamasına, hətta ölümə qədər apara bilər.

Burnumuzdakı sinirlərin qıcıqlanması nəticəsində bizdən asılı olmadan gerçəkləşən asqırmaq sağlamlığımız üçün olduqca çox əhəmiyyətli refleksdir. Bu qıcıqlanma bəzən günəşə baxarkən, bəzən də burnun içi qaşınarkən də mümkündür.

Bədən üçün son dərəcə faydalı refleks olan asqırmaq anevrizma, hipertansif kimi narahatlıqlar yarada və ya metabolik səbəbləri, vaskuliti olan xəstələr üçün isə təhlükəli ola bilər.

Asqıran zaman ağız bağlı tutularsa, beynə gedən yüksək təzyiqli qanın təsirindən beyin qanaması keçirmək olar. Beyinə qan sızması zamanı ölümlə nəticələnən halların sayı isə heç də az deyil.

Asqırmaqla bağlı digər bir məqam, asqıran zaman insanların gözlərini açıq tuta bilməməsidir. Buna səbəb insanların fərqinə varmayacağı bir səviyyədə ağrı çəkməsidir. Odur ki, refleks olaraq gözlər bağlanır.

Bəs yatanda niyə asqırmırıq?

Bunun səbəbi, yatarkən insanların sinir hüceyrələrinin əksəriyyətinin yatmış olmasıdır. Yatmış halda sinirlərin oyanması üçün böyük təsirin göstərilməsi lazımdır.

Lakin asqıran zaman burnu tutmaq damarların içərisində meydana gələn təzyiqin artmasına mane olur. Nəticədə burnun qanamasına səbəb olur. Odur ki, asqıran zaman nə burnunuzu tutun, nə də ağzınızı bağlayıb əngəl yaratmayın. Təbii gələn prosesin təbii şəkildə həyata keçməsinə şərait yaradın.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar