Astarada bir ailənin 4 üzvü qəzaya düşdü: xəsarət alanlar var

Astarada bir ailənin 4 üzvü qəzaya düşdü: xəsarət alanlar var
Want create site? Find Free WordPress Themes and plugins.

Astara rayonunda bir ailənin 4 üzvü qəzaya düşüb.

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Astara rayonunun Ərçivan kəndi ərazisində baş verib.

Belə ki, sürücü 1984-cü il təvəllüdlü, Bakı şəhəri Nizami rayon sakini Şirinov Çingiz Cavanşir oğlunun idarə etdiyi “Kia Rio” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub. Hadisə zamanı avtomobildə sürücünün ailə üzvləri də olub.

Qəza nəticəsində sərnişin, sürücünün atası olan 1956-cı il təvəllüdlü Şirinov Cavanşir Əli oğlu baş nahiyəsindən ciddi xəsarət alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar