Astarada reyd: 50 nəqliyyat vasitəsi saxlanıldı

Astarada reyd: 50 nəqliyyat vasitəsi saxlanıldı
Want create site? Find Free WordPress Themes and plugins.

 Astarada rayon Polis şöbəsinin Baş Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reyd keçirilib.

A24.Az “Report”a istinadən xəbər verir ki, rayonun iki istiqamətində – dağətəyi ərazi olan Siyəku-Vaqo kənd yolu və Ələt-Astara magistral yolunun 219.5 km-də təşkil olunan reyd zamanı 50 avtomobil saxlanılıb. Onlardan 30-u barəsində müvafiq protokollar tərtib olunub.

Reydlərin keçirilməsində məqsəd, əsasən istismar müddəti başa çatmış nəqliyyat vasitələrinin, eləcə də texniki cəhətdən nasaz vəziyyətdə idarə olunan avtonəqliyyat vasitələrinin aşkarlanması olub.

Reyd zamanı sürücülər tərəfindən digər kobud qanun pozuntuları da qeydə alınıb. Sürücülər nəqliyyat vasitəsini müvafiq vəsiqə olmadan idarə etmə, azyaşlı uşağı ön oturacaqda əyləşdirmə, nəqliyyat vasitəsinə müxtəlif dəyişikliklər etmə və avtomobilə əlavə qurğular quraşdırmağa görə saxlanılıblar. Sürücülərin hər biri qayda pozuntularını müxtəlif səbəblərlə izah etməyə çalışıblar. Hətta DYP əməkdaşının “saxla!” əmrinə tabe olmayaraq məsuliyyətdən yayınmaq istəyənlər də olub. Reyd zamanı ən maraqlı məqam isə sərnişin mikroavtobusundan mal-qara daşınması üçün istifadə olunması faktı olub.

Astara rayon Polis şöbəsi Baş Dövlət Yol Polisi Bölməsinin rəisi, polis kapitanı İlqar Rəhimovun sözlərinə görə rayon ərazisində reydlərin keçirilməsi bundan sonra da aparılacaq. Bu cür reydlərin keçirilməsi vətəndaşların təhlükəsizliyinin qorunmasına xidmət edir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar