Asteroidlərin köməyi ilə xərçəng məhv ediləcək - YENİ KƏŞF

Asteroidlərin köməyi ilə xərçəng məhv ediləcək – YENİ KƏŞF
Want create site? Find Free WordPress Themes and plugins.

Dinozavrların məhvinə səbəb olmuş asteroidin tərkibindəki metal vasitəsilə xərçəng hüceyrələrini izləmək və zərərsizləşdirmək olar.

“A24.az”ın Trend-ə istinadən verdiyi məlumata görə, Böyük Britaniya və Çin mütəxəssisləri bu qənaətə gəliblər.

Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, asteroidin tərkibində olan iridium kimyəvi elementi onkoloji xəstəliklərlə mübarizədə effektiv üsuldur. Bu metalın xərçəng hüceyrəsinə daxil olduqdan sonra yaranan atom oksigeni sağlam toxumalara zərər vurmadan bu hüceyrəni məhv edir.

Alimlər qeyd edir ki, iridium yer kürəsinə ilk dəfə 66 milyon il əvvəl asteroidlə birgə gəlib. Son illərdə onun tibb sahəsində tətbiqi ilə bağlı araşdırmalar aparılırdı.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar