Ata “iPhone” almaq üçün qızını satışa çıxardı

Ata “iPhone” almaq üçün qızını satışa çıxardı
Want create site? Find Free WordPress Themes and plugins.

Ata “iPhone” üçün öz övladını satmaq istədi.

“A24.az”ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, qorxulu hadisə Çində baş verib. 19 yaşlı gənc “iPhone” və motosiklet almaq üçün 18 günlük körpəsini satışa çıxarıb. Əməli üzə çıxan gənc bunun cinayət olduğunu bilmədiyini deməklə canını məsuliyyətdən xilas etməyə çalışıb.

Adı açıqlanmayan oğlan yeni doğulan övladı üçün 3520 dollar tələb edib. O, uşaq üçün hətta qiymət sövdələşməsi də edib.

Məlumata görə, uşağın atası hələ orta məktəbi belə bitirməyib. Ana isə yetkinlik yaşı bitmədən hamilə qalıb.

Uşağı satmaq üçün isə cütlük Çinin ən böyük mesajlaşma sistemi olan QQ-ni seçib. Körpə ilə maraqlanan şəxs isə bacısı üçün uşaq axtaran bir kişi olub.

Ananın açıqlaması isə daha dəhşətli olub. Gənc qız yaşadığı yerdə insanların hər zaman belə etdiyini deyib. Onun sözlərinə görə, insanlar baxa bilməyəcəklərini düşündükləri uşaqlarını satırlar. Bu hadisənin isə qanuna zidd olduğunu bilmirlər.

Adı açıqlanmayan gənc oğlan 3 il, ana isə iki il şərti azadlıqdan məhrum edilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar