Atasını amansızlıqla qətlə yetirən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib

Atasını amansızlıqla qətlə yetirən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Laçın Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, L. Novruzovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili Pəhləvan Aslanov isə hüquqlarını müdafiə etdiyi şəxsə aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş edib.

L. Novruzov isə son sözündə əməlindən peşman olduğunu və qətli istəmədən törətdiyini deyib.

Sonra məhkəmə kollegiyası müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, L. Novruzov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il yanvarın 4-də gecə saat 23:00 radələrində paytaxtın Müşviqabad qəsəbəsində qəsəbə sakini, 1995-ci il təvəllüdlü Novruzov Laçın Mehman oğlu yaşadıqları evdə atası, 1965-ci il təvəllüdlü Məmmədov Mehman Musa oğlunu 20 bıçaq zərbəsi ilə qətlə yetirib. Məlumata görə, M.Məmmədov içki aludəçisi olub. Yanvarın 4-də gecə saatlarında evə içkili gələn M.Məmmədov ailə üzvləri ilə dalaşıb. L.Novruzov mətbəx bıçağı ilə atasını qətlə yetirib.

L.Novruzov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur. //APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar