ATƏT Azərbaycana qarşı qətnamə qəbul etdi

ATƏT Azərbaycana qarşı qətnamə qəbul etdi
Want create site? Find Free WordPress Themes and plugins.

ATƏT PA demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitəsi isveçli deputatın Azərbaycanda, Rusiyada və Belarusda insan hüquqları ilə bağlı vəziyyəti tənqid edən qətnamə layihəsini dəstəkləyib.

A24.Az  xəbər verir ki, bu barədə məlumatı Belarus mətbuatı yayıb.

ATƏT-in Parlament Assambleyasının sessiyası Minskdə keçirilir. Anti-Azərbaycan qətnaməsinin lehinə 31, əleyhinə isə 17 nümayəndə səs verib. 17 nəfər bitərəf qalıb.

Şərqi Avropada vəziyyət haqqında qətnamə layihəsində “Rusiyada, Belarusda və Azərbaycanda demokratik inkişafın pisləşməsindən, insan hüquqlarının davam edən və çoxalan pozuntularından, həmçinin siyasi müxalifətin, vətəndaş cəmiyyətinin, jurnalistlərin və digər azadlıq müdafiəçilərinin ağır vəziyyətindən qayğı” bildirilir.

Qətnaməni təqdim edərkən onun müəllifi – isveçli deputat Kristian Holm-Barenfeld qeyd edib ki, sənəddə Azərbaycanda, Belarusda və Rusiyada demokratik vəziyyətin pisləşməsi ilə bağlı qayğı əksini tapıb.

Bu qətnamə Azərbaycan, Rusiya və İsveçrə nümayəndələri tərəfindən tənqid edilib. Belə ki, İsveçrə nümayəndəsi tənqidi fikirlərini onunla əsaslandırıb ki, bütün Şərqi Avropanı əhatə edən obyektiv analiz hazırlamaq əvəzinə, “diqqət ayrıca götürülmüş iki ölkədə üstəgəl Rusiyada cəmlənib”. Adı çəkilməyən Azərbaycan nümayəndəsi də onun fikirlərini dəstəkləyib və bildirib ki, “isveçrəli həmkarı ilə tam razıdır və Şərqi Avropa yalnız üç dövlətdən ibarət deyil”.

Cavab olaraq Kristian Holm-Barenfeld deyib ki, qətnamə hazırlanarkən söhbət “bütün dünyanı əhatə etmək”dən getməyib.

“Söhbət ikili standartlardan getmir, daim insan hüquqları pozulan bu üç ölkədə demokratiya ilə bağlı problemlərdən gedir”, – o qeyd edib.

Qeyd edək ki, daha öncə verilən məlumata görə, ATƏT PA-nın sessiyasında Azərbaycanı deputat Azay Quliyev təmsil edir ki, o, həm də ATƏT PA-nın vitse-prezidentidir. (Virtualaz.org) 

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar