ATƏT PA-nın sədri vəzifəsindən istefa verib

ATƏT PA-nın sədri vəzifəsindən istefa verib
Want create site? Find Free WordPress Themes and plugins.

ATƏT-in Parlament Assambleyasının (PA) sədri, avstriyalı deputat Kristin Muttonen vəzifəsindən istefa verib .

A24.az Report-a istinadən xəbər verir ki, buna səbəb onun ötən ay Avstriyada keçirilən parlament seçkiləri zamanı deputat matdatına yiyələnməməsi olub.

K.Muttonenin vəzifəsini gələn ilin yayınadək müavini, gürcü deputat Georgiy Tsereteli icra edəcək.

G. Tsereteli qurumun baş katibi Roberto Montella və assambleyanın aparat əməkdaşları ilə keçirdiyi görüş zamanı ATƏT dəyərlərini, münaqişələrin nizamlanmasında qurumun rolunun qorunması və Avropada təhlükəsizlik problemlərinə kompleks yanaşmanın əsas prioritetlərindən olacağını vurğulayıb.

Qeyd edək ki, G. Tsereteli 1995-1998-ci illərdə Tbilisinin vitse-meri, 1999-cu ildə Gürcüstan parlamentinə seçilib, habelə ölkənin vitse-baş naziri və nazir vəzifələrini icra edib.
O, 2012-ci ildən AŞPA PA sədrinin müavini olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar