Australian Open: On birinci günün yekunları

Australian Open: On birinci günün yekunları
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya-Amerika qarşıdurması

Bu il Avstraliyada yarımfinallar maraqlı cütləşib – bir tərəfdə iki rusiyalı, digər tərəfdə iki amerikalı tennisçi finala vəsiqələrin taleyini həll etməli idilər. Son nəticədə daha titullu idmançılar finala yüksəliblər.

Əvvəlcə canlı tennis əfsanəsi Rod Leyverin adını daşıyan mərkəzi korta rusiyalılar çıxıblar. Daha təcrübəli Mariya Şarapova həmyerlisi Yekaterina Makarovaya göz açmağa imkan verməyib:  6:3, 6:2. Yarışdan sonra Katya beş Böyük Dəbilqə sahibinin ünvanına tənqidlər yağdırıb…

Mariya Şarapova: “Məncə, ilk setdə külək ciddi faktor idi, xüsusən də mən oyun a başladığım tərəfdə. Güman edirdim ki, Katyanın göndərdiyi top aut olacaq, amma bir neçə dəfə külək topu korta qaytardı. Külək üzündən bəzi səhvlərə yol verdim, ona görə də ilk qeymlər də vacib idi. Sonra inamlı oynamağa başladım”.

Yekaterina Makarova: “Maşa doğrudan da həyasız rəqibdir. Bununla çox təzyiq edir, bəzən pauzaları uzadır. Düzdür, mən onun bu stilindən xəbərdar idim. Ona görə də oyunun əvvəlində təmkinli olmağa çalışdım. Sonra isə onun qışqırıqları, xüsusən də “Come on” qışqırması məni özümdən çıxartdı… Oyunun əvvəlində Maşa gördü ki, mən güclü rəqibəm, ona görə də belə hiylələrə əl atdı. Sonra isə məni özünün inamlı oyunu ilə üstələdi”.

Oyundan sonra korta amerikalı idmançılar çıxıblar. 18 Böyük Dəbilqə sahibi Serena Uilyams gənc həmyerlisin Medison Kizdən bacısının bir gen əvvəlki məğlubiyyətinin intiqamını alıb: 7:6(5), 6:2. Hesabdan da göründüyü kimi, Medison yalnız birinci setdə layiqli müqavimət göstərə bilib, ikinci setdə isə hər şey yerinə düşüb.

Beləliklə, şənbə günü Serena Uilyams və Mariya Şarapova Böyük Dəbilqə uğrunda turnirdə qadınlar arasında son yarışı keçirəcəklər. Xatırladaq ki, rəqiblər 18 görüş keçiriblər və Serenan böyük üstünlüyü var: 16:2 ( bərk örtükdə 10:1), son 15 qarşılaşmada Serena Maşadan güclü olub…

Mörreyin finalda rəqibi kim olacaq?

Axşam isə mərkəzi korta kişlər çıxıblar. Çexiyalı Tomaş Berdıx britaniyalı Endi Mörreyə yalnız birinci setdə müqavimət göstərə bilib. Seti tay-brekdə xeyrinə yazan Tomaş ardıcıl iki setdə heç nə edə bilməyib. Sonda özünə gələn Tomaşa Mörrey şans verməyib: 6:7(6), 6:0, 6:3, 7:5. Beləliklə, Endi karyerasında dördüncü dəfə Avstraliyada finalda oynaycaq. Bəs onun rəqibi kim olacaq: Cokoviç yoxsa Vavrinka?

Təşkilatçılar Mörreyin bu zərbəsini “günün zərbəsi” kimi ediblər:

Statistiklər isə bildiriblər ki, əgər Mörrey yarımfinalda Berdıxı udursa, onda:

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar