Australian Open: Onuncu günün yekunları

Australian Open: Onuncu günün yekunları
Want create site? Find Free WordPress Themes and plugins.

Keçənilki yarımfinalın təkrarı

Canlı tennis əfsanəsi Rod Leyverin adını daşıyan mərkəzi korta əvvəlcə isveçrəli Sten Vavrinka və yaponiyalı Keyi Nişikori çıxıblar. Sten oyuna iki saatdan bir qədər çox vaxt sərf edərək 1/4 final mərhələsini arxada qoyub: 6:3, 6:4, 7:6 (6). Son setdə tay-breykdə Keyi 5 matç-bolu ləğv etsə, sonda ağ bayrağı qaldırmalı olub…

Sten Vavrinka: “Mən buraya titulumu müdafiə etməyə və ya qələbə xətrinə gəlməmişəm. Mən yeni Böyük Dəbilqə turnirində oynamağa gəlmişəm, yəni hər şeyi sıfırdan başlamışam. İnanın ki, bunu etmək çox çətindir. Hesab edirəm ki, bizim hamımız ildən ilə oyunumuzu yaxşılaşdırırıq. Şəxsən mən daha aqresiv olmuşam, özümü kortda dha inamlı hiss edirəm. Mən özümə və öz oyunuma etibar edirəm”.

Keçənilki turnirin qalibi olan Sten yarımfinalda dünyanın 1-ci tennisçisi Novak Cokoviç ilə qarşılaşacaq. Serbiyalı tennisçi iki saat ərzində kanadalı Miloş Raoniçin müqavimətini qırıb: 7:6(5), 6:4, 6:2. Bu qələbədən sonra Novak Böyük Dəbilqə turnirlərində 25-ci yarımfinalına yüksəlib.

Xatırladaq ki, Novak və Sten keçən il də yarımfinalda qarşılaşmışdılar və Sten qələbə qazanmışdı. Turnirin təşkilatçıları Novakın bu zərbəsini “günün zərbəsi” qeyd ediblər:

Novak Cokoviç: “Oyunumdan narazı deyiləm. İstədiyim kimi oynadım. Düzdür, 1-ci setdə uduza bilərdim, amma mənim qələbə şansım daha çox idi. Növbəti oyuna da hazıram, qəti əminəm ki, keçənilki oyun təkrar olmayacaq.

Mənim oğlum Stefan televizorda oynuma baxırdı? Heç bilmirəm ki, nə deyim. Məncə, onun xoşuna gəlib, mənə isə onun enerjisi kömək edir”.

 

Serena Vinusun intiqamını alacaq

Tamaşaçıları daha bir maraqlı yarımfinal gözləyə bilərdi, amam Uilyams bacılarının görüşməsinə Medison Kiz mane olub. Medison daha adlı-sanlı həmyerlisi Vinusu evə yola salıb: 6:3, 4:6, 6:4.

Vinus Uilyams: “Medison çox əla oynadı, qələbəyə də layiq idi. Təəssüf ki, mənim servislərim bu gün səif idi. Ümumiyyətlə, bu gün fərqli oynamalı idim. Ən azı bu məğlubiyyətimdən təcrübə kimi yararlanacam”.

Medison Kiz: “İkinsi setdə uduzanda Uimbldon yadıma düşdü. Onda da ayağım sancmışdı və mən turnirdən çıxmışdım. Amma bu dəfə hər şey yaxşı keçdi. Xoşbəxtlikdən, oyunun sonunda adrenalin və ağrıkəsicilər qələbə qazanmağıma yardım etdilər”.

Beləliklə, 19 yaşlı amerikalı karyerasında ilk dəfə Böyük Dəbilqə turnirinin yarımfinalında oynayacaq. Onun rəqibi isə Vinusun balaca bacısı, dünyanın 1-ci raketkası Serena Uilyams olacaq. Serena bu gün iki setdə Dominika Tsibulkovanı məğlub edib: 6:2, 6:2 – oyun bir saat çəkib…

Serena Uilyams: “Məncə, yaxşı oynadım. Nə etdiyimi bilirdim, hər şeyə nəzarət edirdim. Düzdür, son günləri xəstələnmişəm, soyulamışam. Ümid edirəm ki, həlledici oyunlara sağalaram”.

Dominika Tsibulkova: “Çox ağır oyun oldu. Bu gün Serena əla oynadı. Mənə ciddi təzyiq edirdi, öz oynumu oynamaq şansım yox idi. Turnirdəki çıxışımdan pozitiv nəticələr çıxarmalıyam”.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar