Avropa Birliyi 2040-cı ilə qədər dağılacaq, dünya xaos içərisində olacaq! - HESABAT

Avropa Birliyi 2040-cı ilə qədər dağılacaq, dünya xaos içərisində olacaq! – HESABAT
Want create site? Find Free WordPress Themes and plugins.

“Der Spiegel” jurnalının dərc etdiyi hesabata görə,  Avropa ölkələri Rusiya kimi “dövlət kapitalizmi”  sitemini mənimsəyəcək.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, hesabatda Avropa Birliyinin 2040-cı ilə qədər parçalanacağı diqqət çəkib. Hesabat 2040-cı ilə qədər nəzərdə tutulan ssenarilər üzərində dayanıb.

Alman hərbi strateqləri, bir çox ölkənin Avropa Birliyindən çıxmağa qərar verən Böyük Britaniyanın yolunu tutacağını bildirib.

Dünyanın daha da qarışıq dövrə daxil olacağını bildirən hesabatda, Avropa Birliyinin genişlənmə siyasətini dayandıracağı və daha çox ölkənin birlikdən ayrılacağı ssenarisi yer alıb.

Bundan başqa, dünyanın daha da xaos içərisində olacağı, müharibələrin və qarışıqlığın artmasının Almaniya və Avropanın təhlükəsizlik siyasəti üzərində də ciddi təsirlərə səbəb olacağı qeyd edilib.

“Srateji pesrpektiv 2040” adlı hesabat qarşıdakı illərdə yaşanacaq xaosların daha təsirli silahların yaradılmasının zəruri olacağına işarə edir.

Lakin “Der Spiegel” jurnalının hesabatında yer alan bəzi ssenarilərə görə, Avropa ölkələrinin bəzisi Rusiya kimi “dövlət kapitalizmi” sistemini mənimsəyəcək. Bəzi ssenarilərdə isə dünyanın daha hüzurlu olacağını bildirilir.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar