Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşib

Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşib
Want create site? Find Free WordPress Themes and plugins.

 Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə ilk vəsiqənin sahibi müəyyənləşib.

Bu, Rusiyanın MOİK klubudur.

“Hərbçilər” 1/16 final mərhələsində Serbiyanın “Srvena Zvezda” komandasını mübarizədən kənarlaşdırıbдфк. Moskvada təşkil olunmuş cavab qarşılaşmasında MOİK 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu ilk yarının sonlarında Alan Zaqoyev vurub.

Bu komandalar arasında bir həftə əvvəl Btlqradda baş tutmuş görüş 0:0 hesabı ilə yekunlaşdığı üçün iki oyunun yekununda MOİK mərhələ adlayıb.

Avropa Liqası, 1/16 final, cavab oyunu

21:00. MOİK (Moskva, Rusiya) – “Srvena Zvezda” (Serbiya) – 1:0

Qol: Alan Zaqoyev, 45

Baş hakim: Manuel De Souza (Portuqaliya)

İlk oyun – 0:0

Qeyd edək ki, 1/8 final mərhələsinə daha 15 vəsiqənin sahibi fevralın 22-də müəyyənləşəcək.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar