Avropa Liqasında klublarımızın 5 potensial rəqibi müəyyənləşdi

Avropa Liqasında klublarımızın 5 potensial rəqibi müəyyənləşdi
Want create site? Find Free WordPress Themes and plugins.

Avropa Liqasında çıxış edəcək klublarımızın 5 potensial rəqibi müəyyənləşib.
A24.Az qol.az-a istinadən xəbər verir ki, artıq qruplar bəlli olduğundan klublarımızın  I təsnifat mərhələsindəki 5 potensial rəqibi məlum olub. Hər 3 klubumuz səpələnmişlər qrupunda yer alıb.
Gümüş mükafatçı “Qəbələ”nin mümkün rəqibləri Lüksemburqun “Proqres” (Niderkorn), Bosniya və Herseqovinanın “Şiroki Briyeq”, Makedoniyanın “Şkupi”, Litvanın “Ştumbras” və Slovakiyanın “Dunayska Streda” klublarıdır.
Bürünc medalçı “Neftçi” “Buduçnost” (Podqoritsa, Monteneqro), “Partizani” (Albaniya), “Uypeşt” (Macarıstan), “Samtredia” (Gürcüstan) və ya “Rasinq Union” (Lüksemburq) ilə qarşılaşacaq.
Ölkə kubokunun sahibi “Keşlə” isə “Milsami” (Orxey, Moldova), “Rudar” (Plevliya, Monteneqro), “Riqa” (Latviya), “Honved” (Budapeşt, Macarıstan) və ya “Baltsan” (Malta) komandası ilə qarşılaşacaq.
Qeyd edək ki,  I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar