Avropa ölkələri miqrantlara görə bir-birini hədələyir

Avropa ölkələri miqrantlara görə bir-birini hədələyir
Want create site? Find Free WordPress Themes and plugins.

İtaliyanın baş naziri Paolo Gentiloni miqrant böhranı ilə bağlı onlara məsləhət verən Avropa Birliyi ölkələrinə cavab verib.

 A24.Az xəbər verir ki, ilin əvvəlindən bu günə qədər İtaliyaya 93 min miqrant gəlib.

İtaliyanın Rainews24 kanalının xəbərinə görə, Macarıstanın baş naziri Viktor Orban italiyalı həmkarına məktub yazaraq bildirib ki, “Bizim xarici sərhədlərimiz qorunmalıdır. Miqrant axınının qarşısını almaq üçün limanları bağlamalısınız. Problem Liviyada həll olunmalıdır”.

Macarıstanın baş nazirinə həmkarından sərt cavab gəlib. Belə ki, Gentiloni Torino şəhərindəki çıxışında deyib ki, biz lazım olanı edirik.

“Avropadan İtaliyanın yanında olmasını tələb edirik. Son günlərdə bizə ünvanlanan təhdidləri və bizə dərs keçmənizi qəbul etmirik”.

Nərmin Kərim, A24.Az 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar