Avropa qaçqınları Qırğızıstanda yerləşdirə bilər - VİDEO

Avropa qaçqınları Qırğızıstanda yerləşdirə bilər – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Mühacir problemi ilə bacara bilməyən Avropa ölkələri çarəni qaçqınları sərhədlərindən kənarda tutmaqda görür.

Köhnə qitəyə axını azaltmağa çalışan avropalı başbilənlər Yaxın Şərq və Afrikadan olan qaçqınları Orta Asiyada yerləşdirməyi təklif edib. Model ölkə kimi isə Qırğızıstan göstərilir.

Avropada hesab edirlər ki, əhalisinin sıxlığı az, ərazisinin isə böyük olması bu ölkəyə çox sayda miqrant qəbul etməyə imkan verir. Bundan əlavə qaçqınların əksəriyyətinin islam dininə mənsub olması və yerli əhalinin də müsəlman olması dini problemlərin yaşanmayacağı anlamına gəlir. Avropalılar bunun üçün Bişkekə konpensasiya ödəməyə hazır olduqlarını da bildirib. Sonrakı mərhələdə isə mühacirlər qonşu ölkələrə də yerləşdirilə bilər. Hələlik qırğızların məsələyə münasibəti məlum olmasa da, artıq bir çox rusiyalı mütəxəssislər həyəcan təbili çalır.

“A24.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

https://www.youtube.com/watch?v=he6_XyXJhR8

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar