Avropada 40 nəfəri don vurdu

Avropada 40 nəfəri don vurdu
Want create site? Find Free WordPress Themes and plugins.

Avropada güclü şaxtadan ölənlərin sayı 40-a çatıb.

A24.Az “Reporta”a istinadən bildirir ki, bu barədə “DW” agentliyi məlumat yayıb.
Məlumata görə, ölənlərin böyük qismi Polşanın payına düşür. Bu ölkədə təkcə ötən həftənin şənbə gecəsindən bazar gününə qədər 10 nəfər donub. Ümumilikdə Polşada şaxta qurbanlarının sayı 30 nəfərə çatıb.
Çexiyada şaxtadan ölənlərin sayı 3-dən 6 nəfərə yüksəlib. Bu rəqəm Belarusda 2 nəfər təşkil edir.
Daha 2 nəfər isə İtaliyada soyuqdan donub. Bunlardan biri istilik sisteminin olmadığı mənzildə dünyasını dəyişmiş 82 yaşlı təqaüdçüdür. Digər şəxs isə 78 yaşlı qocadır. O, küçəyə çıxarkən huşunu itirərək yıxılıb və aldığı zərbədən ölüb.
Avropadakı güclü şaxtadan ölənlərin böyük qismi evsiz insanlardır.
“Associated Press” isə İtaliyada 7 nəfərin öldüyünü xəbər verib. Agentliyin məlumatına görə, Bolqarıstan və Yunanıstandan da şaxtadan ölüm halları daxil olub.
Qeyd edək ki, güclü şaxtalı hava şəraiti Avropanın bir sıra ölkələrində nəqliyyatın da hərəkətini iflic edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar