images

Avropada uşaqların 90 faizi yoxsulluq riski ilə yaşayır

“Hazırda Avropada uşaqların 90 faizi yoxsulluq riski altında yaşayır”.

“A24.az” xəbər verir ki, APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Yorun Villems Milli Məclisdə “Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda keçirilən tədbirdə bildirib. O qeyd edib ki, Avropada uşaqların hüquqlarının pozulması riskləri gündən-günə artır: “Ona görə uşaq hüquqlarının təmin edilməsi, bu yöndə qanunvericiliyin təkmilləşdirilməsi və onun icrasına nəzarətin gücləndirilməsi çox aktual məsələ kimi hamının qarşısında dayanır”.

O xatırladıb ki, hazırda dünya əhalisinin üçdə birini, Avropa əhalisinin beşdə birini uşaqlar təşkil edir: “Azərbaycanda da əhalinin 40 faizini uşaqlar, yeniyetmələr, 25 yaşdan aşağı olanlar təşkil edir. Bunun özü isə uşaq hüquqlarının təmin edilməsinin nə qədər vacib olduğunu bir daha göstərir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR