Avropada yeni futbol liqası yaradıla bilər

Avropada yeni futbol liqası yaradıla bilər
Want create site? Find Free WordPress Themes and plugins.

Avropada yeni liqa yaradıla bilər.

A24.az xəbər verir ki, “Mega” adlanacaq bu liqa yaradılarsa, 17 ölkədən 42 klub öz liqalarının əvəzinə bu liqada çıxış edəcək. Bu ölkələr Balkan ölkələri, Qafqaz ölkələri, Cənubi Kipr, İsrail olacaq. Hazırda bununla bağlı danışıqlar gedir. Layihəyə əsasən “Mega 1” liqasında 20, “Mega 2” liqasında 22 komanda yer alacaq. Liqalarda isə müvafiq olaraq son 3 komanda 2-ci liqaya, ilk 3 komanda isə 1-ci liqaya yüksələcək. 2-ci liqada son 5 yeri tutacaq olan komanda isə öz ölkələrinin liqalarına geri qayıtmalı olacaq. Təsnifat oyunları ilə birgə başqa 5 komanda onların əvəzinə liqaya daxil olacaq. Hər mövsüm sonunda öz liqalarını ilk 5 pillədə tamamlayan 40 klub isə bu 5 komandadan biri olmağa çalışacaq. Bu layihənin 2019-2020 mövsümündə tətbiqinə başlanacağı gözlənilir.

Həmçinin, Çempionlar Liqasında da format dəyişikliyi planlaşdırılır və bundan əlavə, Belçika, Hollandiya, Şotlandiya, İsveç, Norveç, Finlandiya da birlikdə Skandinav liqası yaratmağı planlayır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar