Avropaya 29 avroya gedə bilərsiz - Prezidentlər razılığa gəldi

Avropaya 29 avroya gedə bilərsiz – Prezidentlər razılığa gəldi
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstan prezidenti Rumen Radev arasında aparılan danışıqlar çərçivəsində Bakı ilə Sofiya arasında hava əlaqəsinin açılması barədə razılıq əldə edilib.

A24.Az “Qafqazinfo” xəbər verir ki, uçuşlar 2018-ci il yanvarın 16-dan etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən həyata keçiriləcək.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən bildirilib ki, Bolqarıstanın paytaxtı Azərbaycanın aşağıbüdcəli aviaşirkətinin Avropa İttifaqına birbaşa uçuşlar həyata keçirəcəyi ilk şəhər olacaq.

Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, aviaşirkətin digər istiqamətlərində olduğu kimi, 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə olmaqla, həftənin ikinci günləri həyata keçiriləcək.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar