Avstriya-2017: Poul Bottasındır

Avstriya-2017: Poul Bottasındır
Want create site? Find Free WordPress Themes and plugins.

A24.az F-1.az saytına istinadən bildirir ki, Şpilberqdəki trasın indiki konfiqurasiyasında son 10 yarışdan yalnız dördündə pouldan başlayan sürücü qalib gəlib. Avstriya Qran Prisi yenidən təqvimə qayıtdıqdan sonra bu hal yalnız bir dəfə baş verib – Həmilton keçən il ilk sıradan start aldığı yarışı qələbə ilə başa vurub.

Fettel Avstriyaya çempionatın lideri kimi gəlib. Həmiltonun isə yarışa ilk yerdən başlamayacağı dünəndən dəqiq idi – britaniyalı ötürmələr qutusu dəyişdirildiyi üçün yer itirməklə cəzalandırılmışdı. Maraqlıdır ki, keçən il burada startda yer itirən sürücülər Lyuisin əsas rəqibləri Fettel və Rosberq olmuşdular.

Cümə günü baş tutan sərbəst yürüşlərdə Lyuis hamıdan sürətli olmuşdu, lakin bu gün baş tutan məşqlərdə Fettel protokollara başçılıq etmişdi. Tras qısa olduğundan, nəticələr də çox sıx olmuşdu.

Pirelli Avstriyaya ən yumşaq üçlüyü gətirib. İtalyan təchizatçı cari mövsümdə artıq beşinci dəfədir ki, Soft, SuperSoft və UltraSoft tərkiblərə üstünlük verir.

Birinci sessiyada yalnız Fettel, Rəykkönen və Bottas SuperSoft tərkiblərlə boksu tərk ediblər, digər sürücülər isə UltraSoft-larla başlayıblar. Təkərləri qızdırmaq üçün ardıcıl dövrələr vurmaq lazım gəlib. Həmilton ilk cəhdində 1:05.064-lük nəticə göstərib və bu dövrə sessiyada sona qədər ən sürətli olub. Rəykkönenin nəticəsi Lyuisə yaxın olsa da, yerdə qalanlar ona azı yarım saniyə uduzublar. Williams-ın hər iki sürücüsü növbəti sessiyaya yüksələ bilməyib. Mübarizəni dayandıran digər sürücülər isə Palmer, Eriksson və Verlyayn olublar.

İkinci sessiyaya Həmilton SuperSoft-la başlayıb. Sürücü bu addımı yarışda fərqli strategiya seçmək üçün atıb. Lyuis 65 saniyənin altına düşən ilk sürücü olub, lakin UltraSoft-la dövrə vuran Bottas onun nəticəsini dərhal 0.2 saniyə yaxşılaşdırıb – 1:04.640. Rəykkönen və Ferstappen ikinci cəhdlərindən imtina ediblər. Bottas isə nəticəsini daha da yaxşılaşdıraraq protokollara başçılıq edib – 1:04.316. Hülkenberq, Alonso, Vandorn, Kvyat və ikinci sessiyada boksdan çıxmayan Maqnussen üçün sıralanma turu başa çatıb.

Son sessiyada Bottas elə ilk cəhdindəcə trasın yeni rekordunu müəyyənləşdirib və protokollara başçılıq edib – 1:04.251! Həmilton Fetteldən də geri qalaraq üçüncü olub. İkinci cəhdinə yollanan britaniyalı ilk döngədə səhvə yol verib və ən sürətli dövrəni vurmaq şansını qaçırıb. Bir qədər sonra isə Qrojanın trasda dayanmasına görə sarı bayraqlar dalğalanıb. Heç bir sürücü nəticəsini yaxşılaşdıra bilməyib. Ferstappen isə yeddinci döngədə çınqıllığa çıxıb.

Beləliklə, Valtteri Bottas karyerasında ikinci poulunu qazanıb. Ona cəmi 0.042 saniyə uduzan Fettel ikinci olub. Sıralanma turunu üçüncü yerdə başa vuran Həmilton sabah yarışa 8-ci yerdən başlamalıdır. İkinci cərgədən isə Rəykkönen və Rikkardo start alacaqlar. Sonda isə italyan aparıcı Davide Valsekkinin xahişinə baxmayaraq, Fettel və Həmilton bir-birinin əlini sıxmayıblar…

Sabah Bakı vaxtı ilə 16:00-dan etibarən bizi qələbə uğrunda gərgin mübarizə gözləyəcək.

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
177Valtteri BottasMercedes AMG51:05.760511:04.31671:04.2516
25Sebastyan FettelFerrari31:05.585621:04.77261:04.2935
344Lyuis HəmiltonMercedes AMG11:05.064531:04.80051:04.4247
47Kimi RəykkönenFerrari21:05.148951:05.00431:04.7795
53Daniel RikkardoRed Bull71:05.854561:05.16181:04.8969
633Maks FerstappenRed Bull61:05.779541:04.94831:04.9838
78Roman QrojanHaas81:05.9021271:05.319111:05.4807
811Serxio PeresForce İndia91:05.975681:05.43581:05.6057
931Esteban OkonForce İndia111:06.0338101:05.55071:05.6747
1055Karlos SaynsToro Rosso41:05.6751291:05.54461:05.7265
1127Niko HülkenberqRenault141:06.17410111:05.5976
1214Fernando AlonsoMcLaren131:06.1588121:05.6026
132Stoffel VandornMcLaren151:06.3168131:05.7416
1426Daniil KvyatToro Rosso101:05.99010141:05.8846
1520Kevin MaqnussenHaas121:06.143615
1630Colion PalmerRenault161:06.34510
1719Felipe MassaWilliams171:06.5348
1818Ləns StrollWilliams181:06.60811
199Markus ErikssonSauber191:06.85712
1094Paskal VerlyaynSauber201:07.01111
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar