Avtomobil iki piyadanı vurub - VİDEO

Avtomobil iki piyadanı vurub – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Yüksək sürətlə hərəkət edən avtomobil yolu keçmək istəyən iki piyadanı vurub.

a24.az” Xəzər Tv-yə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Qəza zamanı piyadalar Çiçək Babayeva və Bilal Məmmədov ağır kəllə-beyin travması alıblar. Onlar dərhal 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıblar. Hadisəni törədən sürücü isə saxlanılıb. O, ilkin ifadəsində bildirib ki, piyadaların vurulmasına səbəb elə onların öz diqqətsizliyi olub. Sürücü piyadaların qəfil onun yoluna çıxdığını və qaranlıq olduğuna görə onları görmədiyini deyib.

Yasamal rayonunda baş verən qəzada isə iki avtomobil toqquşub. Hadisə zamanı sürücülərdən biri xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları gəlib. Yaralı xəstəxanaya çatdırılıb.

https://youtu.be/2Aq7HY1_Vhc

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar