Avtomobil sürmək bahalı əyləncəyə çevrilir - Ancaq varlılar üçün...

Avtomobil sürmək bahalı əyləncəyə çevrilir – Ancaq varlılar üçün…
Want create site? Find Free WordPress Themes and plugins.

“Benzinin qiymətinin qalxması avtomobil bazarını bir az da çətin duruma salacaq. Çünki avtomobil sürmək, çox bahalı “əyləncə”yə çevrilir”.

Bu sözləri yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. Ekspert Tarif Turasının Aİ-92 markalı benzinin qiymətini qaldırmasının avtomobil bazarına təsiri haqda A24.Az-a danışıb:

“Belə bir ümumi qanunauyğunluq var: Avtomobil alan insan həm də onu necə istirmar edəcəyini fikirləşir. Və ya avtomobil sahibi olan insan benzinin qiyməti qalxan kimi fikirləşir ki, bu, onun üçün əlavə yükdür. O düşünür ki, ictimai nəqliyyatdan da istifadə edə bilər. Bu zaman ortaya 2 məsələ çıxır. Birinci məsələ odur ki, yanacağın bahalaşmasına görə bəzi insanlar avtomobili əlavə xərc hesab edərək satırlar. Bununla da bazara xeyli sayda avtomobil çıxır ki, bu da qiymətlərə təsir edir. Yəni qiymətlər aşağı düşür. İkinci amil isə yanacağın qiymətinə görə avtomobil almaq fikrindən daşınan insanlardır. Bu da avtomil bazarında durğunluq yaradır. Dünyanın hər yerində belədir. Bu həm də bazarın strukturuna təsir edir. Məsələn, bu qiymət artımından sonra çox yanacaq sərf edən avtomobillərə maraq kəskin azalacaq. Nəticədə ya qiymətləri ucuzlaşacaq, ya da ümumiyyətlə həmin avtomobilləri satmaq çətinləşəcək. Ucuz, az yanacaq işlədən avtomobillərə maraq artacaq”.

Xəyalə Bünyatova // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Eksklüziv
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar