Avtoxuliqanlıq qəzaya səbəb oldu - FOTO

Avtoxuliqanlıq qəzaya səbəb oldu – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“A24.az” APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu-Zabrat  yolunda qeydə alınıb.

Şəhər istiqamətində “VAZ 2115” markalı avtomobili ilə sürətlə hərəkətdə olan Əhliman Əhmədov qəfil idarəetməni itirib. Nəticədə qarşı yola çıxan avtomobil Səxavət Dünyamalıyevə məxsus “Mercedes”ə çırpılıb. Qəza zamanı “VAZ 2115” yarasız hala düşüb, sürücüsü isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Hadisə şahidlərinin sözlərinə görə, “VAZ 2115″in sürücüsü Əhliman Əhmədov gecə vaxtı yolda avtoxuliqanlıq edib. Qəzanın baş vermə səbəbini müəyyənləşdirmək üçün avtotexniki ekspertiza təyin edilib. Faktla bağlı araşdırmalar davam edir.

294a3c0660851d6841c962905d38e547

7993b44f2e1cced270737e0a3ee1f9a7

e9ad0c17ace1d0fcd5d85b6786c57a21

e648b5b505e8cc0446bbb7e0efb7cf29

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar