Axşama nə bişirək?- Limonlu kokoslu keks

Axşama nə bişirək?- Limonlu kokoslu keks
Want create site? Find Free WordPress Themes and plugins.

Axşama nə bişirim? –  Qadınların ən çox düşündüyü sual və problem yaşadığı məsələ.

Food blogger Əfsanə Vəlibəyova sualınıza cavab tapmaqda sizə kömək edəcək.

A24.Az xanımların  gündəlik problemini aradan qaldırmaq üçün yeni layihəni təqdim edir:

Limonlu kokoslu keks üçün lazım olanlar: 

3 yumurta

1 stəkan qatıq

1 stəkan şəkər tozu

1 stəkan duru yağ

1 limon

2 xörək qaşığı kokos

1 qabartma tozu

1 xörək qaşığı vanil suyu

2 stəkan yarım un

Hazırlanması 

İlk olaraq yumurtanın ağı ilə şəkər tozu 5 dəqiqə çalınır, tam köpük halına gələnə qədər.

Sonra yumurtanın sarısı əlavə olunur və 4 dəqiqə çalınır

Yağ, qatıq və limon suyu tökülüb, mikserlə çalınır. Daha sonra un və qabartma tozu əlavə edilir və qarışdırılır.  Unun ələkdən keçirilməsi mütləqdir. Bu keksin daha da qabarıq olmasına kömək edir.

Soba əvvəlcədən isidilir. Keks qabı 1 xörək qaşığı duru yağla yağlanır və hazırlanan xəmir qabın içinə tökülür.

Xəmir 150 dərəcədə 35 dəqiqə bişirilir.

(İnstagram / Legendary_kitcen)

 Nərmin Kərim, A24.Az

 

 

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Layihələr
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar