Axşama nə bişirək? - Pomidor Şorbası 

Axşama nə bişirək? – Pomidor Şorbası
Want create site? Find Free WordPress Themes and plugins.

Axşama nə bişirim? –  Qadınların ən çox düşündüyü sual və problem yaşadığı məsələ.

Food blogger Əfsanə Vəlibəyova sualınıza cavab tapmaqda sizə kömək edəcək.

A24.Az xanımların  gündəlik problemini aradan qaldırmaq üçün yeni layihəni təqdim edir:

Pomidor şorbası üçün lazım olanlar:

Yarım kq pomidor

4 soğan

2 ədəd sarımsaq

Yarım stəkan duru yağ

30 qr yağ

Duz

İstiot

Hazırlanması:

Pomidorun qabığı soyulur, soğan və sarımsaqla birgə doğranılır.

Daha sonra üzərinə duru yağ əlavə edib, sobaya qoyulur.

20 dəqiqədən sonra sobadan çıxarılıb, soyumağa qoyulur.  Soyuduqdan sonra, blenderdən keçirilir və üzərinə 2 stəkan su əlavə edilir. Zövqə görə, ət və ya toyuq suyu da əlavə etmək olar. Duz, istiot da tökdükdən sonra 10 dəqiqə bişirilir. Hazır olanda üzərinə holland pendiri tökülr.

(İnstagram / Legendary_kitcen)
Nərmin Kərim, A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Layihələr
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar