Axşama nə bişirək?- Soba boxçaları 

Axşama nə bişirək?- Soba boxçaları
Want create site? Find Free WordPress Themes and plugins.

Axşama nə bişirim? –  Qadınların ən çox düşündüyü sual və problem yaşadığı məsələ.

Food blogger Əfsanə Vəlibəyova sualınıza cavab tapmaqda sizə kömək edəcək.

A24.Az xanımların  gündəlik problemini aradan qaldırmaq üçün yeni layihəni təqdim edir:

Soba boxçaları üçün lazım olanlar: 

200 qr mal  farşı

2 soğan

1 ədəd sarımsaq

1 yumurta

Duz

İstiot

5 pomidor

5 badımcan

5 bibər

Sous üçün:

Pomidorun suyu

2 xörək qaşığı pomidor tomatı

Yarım stəkan duru yağ

Yarım stəkan su

Hazırlanması:

İçliyin hazırlanması üçün200 qr mal farşına rəndədən keçirilmiş  2 soğan, 1 ədəd sarımsaq əlavə edilir. Üzərinə yumurta, duz və istiot əlavə edilərək yoğrulur. Ət yumurlanıb balaca top şəklində qızardılır. Zövqə görə, içinə holland pendiri də əlavə edilə bilər.

Daha sonra 5 badımcan, 5 bibər və 5 pomidor yuyularaq, içi təmizlənir. Pmidorun içi atılmamalıdır çünki suousda istifadə ediləcək.

Qızardılan içlik tərəvəzlərin içinə yerləşdirilir.

Pomidorun suyu, 2 xörək qaşığı pomidor tomatı, yarım stəkan duru yağ və yarım stəkan su sous şəklində hazırlanır və xörəyin üzaərinə tökülür.

Xörək 250 dərəcədə 20 dəqiqə sobada bişirilir. Zövqə görə üzərinə reyhan da əlavə edilə bilər.

(İnstagram / Legendary_kitcen)
Nərmin Kərim, A24.Az

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Layihələr
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar