Axşama nə bişirək?- Toyuqlu tart 

Axşama nə bişirək?- Toyuqlu tart
Want create site? Find Free WordPress Themes and plugins.

Axşama nə bişirim? –  Qadınların ən çox düşündüyü sual və problem yaşadığı məsələ.

Food blogger Əfsanə Vəlibəyova sualınıza cavab tapmaqda sizə kömək edəcək.

A24.Az xanımların  gündəlik problemini aradan qaldırmaq üçün yeni layihəni təqdim edir:

 Toyuqlu tart üçün lazım olanlar:

200 qr file

1 soğan

2 pomidor

2 bibər

1 dərəotu

Duz

istiot

Xəmiri  üçün: 

1 stəkan ilıq süd

1 stəkan qazlı su

1 stəkan duru yağ

1 xörək qaşığı maya

Duz

2 xörək qaşığı şəkər tozu

Hazırlanması: 

İlk olaraq süd şəkər tozu və maya ilə qarışdırılır. Mayalanması üçün 15 dəqiqə saxlanır. 15 dəqiqə sonra mayanın üzərində köpüklər əmələ gələcək. Daha sonra duz, yağ və un əlavə edilib, yoğrulur. 30 dəqiqə xəmir mayalanmağa qoyulur.

İçi üçün 200 qr file doğranılır və soğanda qovrulur.
Üzərinə doğranmış bibər, pomidor və dərəotu əlavə edilir. Duz və istiot vurulduqdan sonra 10 dəqiqə qovrulur. Tam hazır olduqdan sonra soyuq halda üzərinə holland pendiri əlavə edilir.
Mayalanan xəmir qabın içində açılır və içlik qoyulur. Üzərinə yumurtanın sarısı çəkilir və sobada 180 dərəcədə 35 dəqiqə bişirilir.
(İnstagram / Legendary_kitcen)
Nərmin Kərim, A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı, Layihələr
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar